Bentley markasının ilk elektrokarı krossover olacaq - FOTO

Bentley şirkətinin rəhbəri Ədrian Hollmark dəbdəbəli ingilis markasının ilk elektrokarının krossover olacağını təsdiqləyib. O, Britaniyanın Car nəşrinə verdiyi müsahibəsində ilk Bentley elektrokarının 2025-ci ildə debüt edəcəyini və onun hazırda Audi şikətinin üzərində çalışdığı Artemis layihəsinə əsaslanacağını bildirib. Bununla belə, Britaniya istehsalçısı Porsche şirkəti ilə əməkaşlığını davam etdirmək niyyətindədir.
Bentley rəhbəri şirkət mütəxəssislərinin Artemis layihəsində iştirak etdiklərini və alman həmkarları ilə paralel olaraq elektromobilin üzərində çalışdıqlarını qeyd edib. "Əlbəttə ki, bu krossover olacaqdır. İndi onlarsız heç nə etmək mümükün deyil", - Hollmark bildirib. Yeni elektrokarın necə olacağı sualına cavab verən şirkət rəhbəri, Jaguar markasını nümunə göstərib.
"Adətən biz, ilk baxışdan həyata keçirilməsi mümkün olmayan kimi görünən qeyri-adi dizaynı yaradırıq. Sonra isə onu seriya avtomobildə tətbiq edirik. Elektromobillər ilə belə alınmayacaq. Jaguar I-Pace modelinə diqqət yetirin. O, batareyanın ətrafında yaradılıb, buna görə də, geniş təkər bazasına malikdir. Sərnişinləri batareyanın üzərində yerləşdirmək üçün isə, onu hündür etmək lazım olub. Sonra isə, aerodinamika üzərində işləmək gərəkdir. Bundan sonra isə, üslub barədə düşünməlisiniz. Əlbəttə ki, biz markamıza məxsus olan DNT-ni qoruyub saxlamaq istərdik, lakin daha mütərəqqi olmaq üçün onu yenidən nəzərdən keçirmək lazım olacaqdır", - Hollmark qeyd edib.
Hollmarkın sözlərinə görə, 2025-ci ildə batareyaların çəkisi azalaraq Bentley standartlarına uyğun hala gəlməlidir. Bundan başqa, artıq marka müştərilərinin 39 faizi növbəti avtomobillərinin elektrokar olacağını bildiriblər. Xatırladaq ki, Bentley şirkəti daxili yanma mühərrikləri ilə təchiz edilmiş avtomobillərin istehsalına 2030-cu ilə qədər tamamilə son vermək niyyətindədir./autograph
Avtomobili olanlara BƏD XƏBƏR - VİDEO
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO












