Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralanıb

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan Aysu İsgəndərovanın 3 yaşlı bacısı Tahirə İsgəndərova da yaralanıb.
T.İsgəndərovanın sağ baldırında qəlpə yarası var. Hazırda qəlpə çıxarılıb, o, əməliyyat olunub.
T.İsgəndərovanın anası Mətanət İsgəndərova "Report"un əməkdaşına bildirib ki, hadisə zamanı uşaqlar həyətdə oynayırmış: "Birdən səs gəldi, qonşumuz Ehtiramın evinə qəlpələr yağdı. Həmin vaxt da uşaqlar qan içində idi. Böyük qızım Aysu öldü, balaca qızım Tahirə isə yaralandı. Onu tez xəstəxanaya çatdırdıq".
Avtosfer.az-ın məlumatına görə həkim "Report"a bildirib ki, bu gün axşam saatlarında xəstəxanaya 12 mülki şəxs qəlpə yarası ilə daxil olub: "Dörd nəfər hadisə yerində ölmüşdü. Yaralılardan biri açıq kəllə-beyin travması, kəllə sümüklərinin sınığı, komatos vəziyyətdə neyrocərrahiyə şöbəsinə göndərdik. Digər xəstələr də müalicə olunur".
Qeyd edək ki, bu gün saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu “Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub. Nəticədə rayonun Qarayusifli kəndində 4 mülki şəxs həyatını itirib, 14 nəfər ağır şəkildə yaralanıb.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












