Bir düymə ilə yanacaq sərfiyyatını azaldın

Bir çox sürücülər yalnız indi paneldəki “A” işarəli düymənin yanacaq qənaətinə kömək etdiyini öyrəniblər. Bu düymə avtomatik işə salma və dayandırma funksiyasına (Start/Stop) cavabdehdir: avtomobil tam dayandıqda mühərriki müvəqqəti olaraq söndürür və əyləc pedalını buraxdıqda dərhal yenidən işə salır.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər izah edirlər ki, bu sistem xüsusilə tıxaclarda və ya işıqforun yaşıl işığını gözləyərkən daha effektivdir, çünki benzin və ya dizel sərfiyyatı adətən ən çox bu hallarda olur. Bu funksiya sayəsində sürücülər təkcə yanacağa qənaət etmir, həm də atmosferə zərərli tullantıların həcmini azaldırlar.
Ekspertlər bildirir ki, müasir avtomobillərin panelləri müxtəlif düymələrlə doludur, lakin məhz bu kiçik funksiya nəzərəçarpacaq fayda verə bilər. Onu istəyə uyğun aktivləşdirmək və ya söndürmək mümkündür. Lakin müntəzəm istifadə gündəlik səfərlərdə yanacaq xərclərini azaltmağa kömək edir.
Mütəxəssislər vurğulayırlar: yanacaq qiymətlərinin artdığı bir dövrdə, hətta kiçik bir düymə də sürücülərə gündəlik xərclərini azaltmağa yardımçı ola bilər.(lent.az)
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












