Bir qərinə geridə qalmış fizika dərsliyimiz və ya karbüratordan injektora keçə bilmirik - FOTO

Bu günlərdə qardaşım oğlunun istifadə etdiyi fizika kitabına nəzər yetirdikdə maraqlı bir faktla rastlaşdım.
Müəllif daxiliyanma mühərriklərini 2 qrupa bölmüşdü: karbüratorlu və Dizel.
Əslində terminoloji baxımdan düz olmasa da, bu təsnifatın üzərində dayanmırıq, çünki danışıqda hər 2 ifadə geniş yayılıb və anlaşılır. Məni maraqlandıran başqa məsələdir.
Axı karbüratorlu mühərrik artıq yoxdur! Bu detal ABŞ-də 1991, Avropada isə 1993-cü ildən istehsal edilmir. Hətta texnoloji cəhətdən ən gerdə qalmış ölkələr belə (İran, Suriya, Sudan) injektor sistemi ilə mühərrik istehsal edir. Əksər ölkələr ikitaktlı mühərrik istehsalını qadağan edib. Olmazmı ki, müəllif mövzunu injektor üzərindən izah etsin.
Tədrisin vacib tələblərindən biri də həyatla, praktika ilə uyğunlaşmaqdır. Bu gün onuncu sinifdə oxuyan uşaq yaşda karbürator mühərrikli avtomobil qalmayıb (hətta Rusiyada da). Bu faktı müəllif bilmirsə bir eyib, bilir, lakin “güclü sovet elmi” stereotipindən çıxa bilmirsə 2 eyib.
Artıq başqa dillərdə nəşr edilmiş müasir kitablara da nəzər yetirməyin vaxtı çatıb cənablar. Dünyada bütün sanballı elmi kəşflər ingilis, alman və fransız dilində nəşr edilən elmi məqalələrlə dünyaya çatdırılır. Normal avtomobil/avtomobil yanacağı istehsal edə bilməyən Sovet İttifaqının dilində deyil.
Müəllifin şəxsi avtomobilinin olub-olmadığını bilmirəm. Lakin ətrafındakı texnikalara nəzər yetirsə məsələ aydın olar.
QEYD. 1 qərinə 33 il götürülür.
Vüqar
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir














