Bir qrup jurnalist Horadiz-Füzuli istiqamətinə səfərə gedib
Avtoxəbər
26 Yanvar 2021 12:03

Azərbaycan Müdafiə Nazirliyi bir qrup jurnalistin iştirakı ilə işğaldan azad edilmiş ərazilərimizə - Horadiz-Füzuli istiqamətinə yollanıb. Burada Azərbaycan Ordusunun mühəndis qoşunlarının istehkamçılarının yerinə yetirdikləri bəzi tapşırıqların praktik nümayişi olub.
Söhbət kommunikasiya sistemlərinin, yolların və əkin sahələrinin təmizlənməsindən gedir.
Jurnalistlər ərazidə düşmənin uzun illər boyu formalaşdırdığı maneələr sistemi ilə tanış olub, mühəndis qoşunlarının hissə və bölmələrinin apardığı işləri praktiki izləyiblər.
Düşmənin keçilməz hesab etdiyi manelər sistemi ilə yaradılmış müdafiə xətti mühəndis-istehkamçı qoşunlar tərəfindən zərərsizləşdirilib. Düşmən geri çəkilərkən hərəkət marşurutlarında və yollarda quraşdırdığı mina partlayışlı manelər və partlayışa hazırlanmış körpülər də mühəndis kəşfiyyatı nəticəsində zərərsizləşdirilib. Ermənilərin geri çəkilərkən partlatdığı körpülərin ətrafında alternativ yollar yaradılıb. Bu mümkün olmayan istiqamətlərdə isə tam körpüquranlar vasitəsilə körpülər qurulub. Beləliklə, qoşunların fasiləsiz hərəkətləri davam edir.
Ümumiyyətlə, döyüş əməliyyatları aparılan bütün istiqamətlərdə mühəndis təminatı tapşırıqları uğurla icra edilib.
Oxunub : 1620
DİGƏR XƏBƏRLƏR
27 Noyabr 2026 21:54
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
27 Noyabr 2026 14:06
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
26 Noyabr 2026 20:51
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
26 Noyabr 2026 17:54
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
26 Noyabr 2026 16:09
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
26 Noyabr 2026 14:00
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
26 Noyabr 2026 13:18
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
25 Noyabr 2026 23:22
Rusların sağsükanlı “Toyota” sevgisi
24 Noyabr 2026 09:18
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
23 Noyabr 2026 23:11
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
23 Noyabr 2026 19:07
Bakıda ucuz avtomobillər satışa çıxarılır
23 Noyabr 2026 13:30
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
ŞƏRH YAZ











