Bizdə də bu üsul tətbiq ediləcək? - Sərnişinlərin NƏZƏRİNƏ - FOTO

Bəzi xarici ölkələrdə avtobus və digər sərnişin nəqliyyat vasitələrinin mühafizəsi üçün maraqlı elan yerləşdirilib. Elanda göstərilir ki, ictimai nəqliyyata ziyan vuran şəxslərlə bağlı kim faktları nəqliyyat vasitəsinin sahibinə və digər məsul şəxsə məlumat verən şəxs mükafatlandırılır.

Daşıyıcı sahibkar həmin şəxsə 100 avro mükafat müəyyən edib. Yəni, əgər avtobus və digər sərnişin nəqliyyat vasitəsinə kimsə bilərəkdən zərər vurursa, bunu həmin nəqliyyat vasitəsində olan sərnişin görüb aidiyyəti şəxsə məlumat verirsə, həmin şəxs 100 avro mükafat alır.
Bu təcrübənin Azərbaycanda tətbiqi mümkündürmü? Azərbaycanda ictimai nəqliyyat sektorunda fəaliyyət göstərən qurumlar və sahibkarlar bu barədə hansısa addımı atmaq planlaşdırrımı?
Məsələ ilə bağlı Bakıda ən böyük daşıyıcı olan "Xaliq Faiqoğlu" şirkətindən Trend-ə bildirilib ki, adıçəkilən qurumun bu addımı atmasına ehtiyac duyulmur: "Bizdə marşrutlarda fəaliyyət göstərən avtobusların hamısı tamamilə kameralaşdırılıb, hər hansı şəxs nəqliyyat vasisətinə qəsdən ziyan vurması müəyyən edilərsə, görüntülərlə həmin şəxs müəyyən edilir və həmin birgə hüquq-mühafizə orqanlarına müraciət edilir".
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən isə Trend-ə bildiriblər ki, Bakı metropoliteni inzibati məsuliyyətə cəlb etmir: "Bu səbəbdən belə hallar olarsa, müvafiq qaydada araşdırma aparılması ilə bağlı aidiyyəti qurumlara müraciət olunur. Sanitar-gigiyenik normalara əməl olunması istisna edilməklə, bu kimi hallara Bakı metropolitenində çox nadir hallarda rast gəlinir".
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










