“Bizi Şuşaya aparıb qurban kəsəcəyini deyirdi” - Şəhid polkovnikin oğlu

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaya düşərək şəhid olan polkovnik Babək Səmidlinin övladları dəfn mərasimindən sonra jurnalistlərə ataları haqda danışıblar.
“Qafqazinfo”ya nun verdiyi xəbərə görə, şəhid polkovniki böyük oğlu Mətləb Səmidli deyib ki, atalarının onları işğaldan azad edilən yerlərə aparmaq arzusu olub: “Mən əvvəl də atamla fəxr edirdim. İndi qat-qat daha çox fəxr edirəm. Şəhidlik hər insana qismət olmur. Atamın 3 arzudu var idi: ya şəhid olacaq, ya qazi ya da qalib olacaq. Atam həm qalib oldu, həm də şəhid oldu. Atam bizimlə telefonda danışanda deyirdi, darıxmayın, şəhidlik böyük, uca zirvədir. Bizə deyirdi ki, ağlamayın, şəhidlər bir dəqiqədən sonra orada, Allahın yanında öz ailələri ilə yaşayırlar. Bizə demişdi ki, sizi işğaldan azad olunan yerlərə aparacağam, gəzdirəcəyəm, amma qismət olmadı. İnşallah, biz özümüz gedəcəyik”.
Babək Səmidlinin kiçik oğlu Səmid Səmidli bildirib ki, atası Şuşanı alandan sonra onları ora aparıb qurban kəsəcəyini deyirmiş: “Mən də böyüyəndə atam kimi hərbçi olub Vətənimizə xidmət edəcəyəm”.
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












