Bolt: Azərbaycanda və Fransada

Estoniya şirkətinin Avropadakı davranışı ilə Azərbaycanda davranışı seçilir. Avtosfer.az xəbər verir ki, Bolt şirkətinin baş direktoru Markus Villiq bu günlərdə Parisdə səfərdə olub. Fransada Uberdən sonra ikinci taksi şirkəti olan Bolt burada bir sıra layihələr reallaşdırmaq niyyətindədir.
Şirkətin rəhbəri bildirib ki, yaxın 5 ildə sürücülərin ekoloji təmiz avtomobillər əldə etməsi üçün 100 milyon avro sərmayə qoyulacaq. Bunun üçün sürücülərə verilən bonuslar bank zəmanəti ilə əvəz ediləcək. Daha 150 milyon avro isə servis və təlim mərkəzinin tikintisinə sərf ediləcək. Bu mərkəz həm sürücü hazırlığı, həm də avtomobil servisi ilə məşğul olacaq. Mərkəzdə sürücülərin istirahəti üçün şərait də nəzərə alınıb.
Qeyd edək ki, son illərdə Avropa ölkələri böyük şəhərləin mərkəzində köhnə avtomobillərin istismarını məhdudlaşıdrır. Bu səbəbdən qlobal taksi şirkətləri sürücülərin avtomobil əldə etməsinə dəstək göstərir.
Görəsən bunu Azərbaycanda nə vaxt görəcəyik?
Vüqar
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












