Bu avtomobil sahiblərinə xəbərdarlıq olundu: "Uzaqda park edin"

ABŞ-ın Arkanzas ştatındakı Hayfill şəhər hava limanında “Chevrolet Bolt” avtomobillərinin sürücüləri üçün xüsusi park qaydalarına riayət edilməsinə dair lövhə quraşdırılıb.
Avtosfer.az xəbər verir ki, bu elektrik mühərrikli nəqliyyat vasitələrinin sahiblərindən xahiş edilib ki, avtomobillərində yanğına səbəb ola biləcək nöqsan aşkarlandığından dayanacaq təlimatları üçün hava limanının işçiləri ilə əlaqə saxlamalıdırlar.
Saytın oxucularından biri qeyd edib ki, hava limanının dayanacaq qapılarında 10-dək belə lövhələr qoyulub.
Hava limanının nümayəndəsi bildirib ki, bu cür lövhələr “Chevrolet Bolt” avtomobillərinin zavod tərəfindən geri çağırılması ilə bağlı müzakirələr ortaya çıxdıqdan sonra, yəni oktyabrın 3-də yerləşdirilib. Təhlükəsizlik baxımından bu model avtomobillərin sürücülərindən xahiş olunub ki, onları digər avtomobillərdən uzaqda park etsinlər: “Bu, hava limanı rəhbərliyinin təşəbbüsüdür, “General Motors” bununla bağlı heç bir tövsiyə göndərməyib”.
Qeyd edək ki, “General Motors” “Chevrolet Bolt”un batareyalarında yanğın təhlükəsi aşkarlayıb və bu səbəbdən 2020-ci ildən bəri onların geri çağırıldığını dəfələrlə elan edib. İstehsalçı elektromobillərin sahiblərinə onları 90 faizdən çox şarj etməmələrini, akkumulyatorun ciddi boşalmasının qarşısını almalarını, digər avtomobillərdən uzaq saxlamalarını və avtomobillərini gecə ərzində şarjda qoyub getməmələrini tövsiyə edib.
lent.az

"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı












