"Bu maşınların qiyməti cüzi arta bilər" - Hörmüz böhranının Azərbaycana təsirləri

Hörmüz boğazı ətrafında baş verən hadisələr artıq qlobal sənayeyə ciddi təsir göstərməyə başlayıb. Müharibənin nəticələri yalnız enerji və logistika sahələri ilə məhdudlaşmır, eyni zamanda dünya üzrə istehsal və təchizat zəncirlərinə də birbaşa təsir edir. ABŞ-da fəaliyyət göstərən "Auto Care Association" bildirir ki, xüsusilə təkər, kabel sistemləri, plastik hissələr və yağlar kimi əsas komponentlərdə yaranan fasilələr istehsal xətlərinin dayanmasına qədər gətirib çıxara bilər.
Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir? - Gecikən yardım, artan şikayətlər
Hörmüz boğazı ətrafında baş verən hadisələr Azərbaycan avtomobil bazarına və qiymətlərə necə təsir edə bilər?
Avtosfer.az xəbər verir ki, mövzunu "Qaynarinfo"ya şərh edən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, Hörmüz boğazı ətrafında baş verən hadisələr Azərbaycan avtomobil bazarına o qədər də mənfi təsir etmir:

"Ümumiyyətlə, Azərbaycana avtomobillər müxtəlif ölkələrdən, müxtəlif marşurutlarla idxal olunur. Ona görə də biz bir marşrutdan asılı deyilik. Sadəcə həmin bölgədən gətirilən maşınların yol xərcləri bir qədər arta bilər, onların ehtiyat hissələrnin ölkəyə gətirilməsi üçün yubanmalar ola bilər. Amma alternativ marşrutlar mövcuddur".
"Hansı avtomobillərin qiymətinə təsir edə bilər" sualını cavablandıran ekspertin fikrincə, bəzi model avtomobillər, xüsusi ilə yolsuzluq avtomobillərinin (daha çox Dubaydan gətirilən ikinci əl avtomobillər) ölkədə qıtlığı yaransa, həmin maşınlar ölkəyə gec gəlsə, daşınma xərcləri artsa, bu qiymətlərə cüzi də olsa, təsir edəcək:
"Bununla belə, Azərbaycan avtomobil bazarında tədarük fasiləsi yarana bilməz. Çünki ölkəmizin idxal marşruları artıq diferensiallaşdırılıb. Yəni, biz bir ölkədən, bir marşrutdan asılı deyilik".
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq












