Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir? - Gecikən yardım, artan şikayətlər

Azərbaycanda təcili tibbi yardımla bağlı şikayətlərin çoxu onların ünvana gec çatması ilə bağlıdır. Bunun isə səbəbi təkcə təcili tibbi yardımın təşkili ilə əlaqədar deyil. Yəni Bakının tıxacı da bəzən bu prosesə mane olur. Digər şikayətlər isə təcili tibbi yardım həkiminin evdəki pasiyentlərə ancaq temperatur, təzyiq, qrip, ishal kimi narahatlıqla bağlı yardım etdiyini, digər problemlərlə bağlı kömək ola bilmədikləri ətrafındadır. Həmçinin, iddialara görə, həkimlər xəstəni ancaq yüksək temperatur, ağırlaşma halında xəstəxanaya aparmağı məsləhət bilirlər.
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Ümumiyyətlə, təcili tibbi yardımın işi nədən ibarət olmalıdır?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov deyib ki, xəstədə ağır xəstəlik şübhəsi varsa, dərhal xəstəxanaya çatdırılmalıdır:
“Təcili tibbi yardımın funksiyası ondan ibarətdir ki, xəstə görülməli, müayinə olunmalı, əgər xəstədə ağır xəstəlik şübhəsi varsa, o, mütləq hospitalizasiya olunmalıdır. Bəzi situasiyalar olur, həkim müəyyən səhvlərə yol verir, xəstəliyin ağırlığını müəyyənləşdirə bilmir. Amma şübhə varsa, ağır xəstə kimi onu mütləq xəstəxanaya yerləşdirməlidir. Ağır xəstəni evdə saxlamağa haqqı yoxdur”.
Qeyd edək ki, bir neçə gün öncə "Qarabağ" futbol klubunun azarkeşi Zəfər Hacılı vəfat edib. O, ölümündən üç gün öncə sosial şəbəkədə vəziyyətinin ağır olduğu, nəfəs darlığından əziyyət çəkdiyi üçün təcili tibbi yardım çağırdığını və vəziyyətinin ağır olmasına rəğmən təcili tibbi yardım briqadasının onu xəstəxanaya aparmadığnı qeyd edib.
Məsələ ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin yaydığı məlumatda qeyd olunub ki, ilk təcili yardım çağırışı zamanı briqadaya onun dostu tərəfindən özəl tibb müəssisəsinə aparılacağı qeyd edilib:
"25.03.2026-cı il tarixində saat 16:58-də Mərdəkan qəsəbəsi, Məcidov küçəsində yerləşən fərdi yaşayış evindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə nəfəs darlığı şikayəti ilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub, Xəzər Təcili Tibbi Yardım Stansiyasının həkimi tərəfindən Zəfər Hacılıya ünvanda baxış keçirilib və müvafiq tibbi yardım göstərilib. Obyektiv müayinə zamanı tənəffüsün səthi və çətin (dispnoye xarakterli) olduğu müəyyən edilib. Pasiyentin vəziyyətinə uyğun olaraq təxirəsalınmaz tibbi yardım tədbirləri həyata keçirilib. Briqadaya onun dostu tərəfindən özəl tibb müəssisəsinə aparılacağı bildirilib".
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH












