Bu rayonlarda avtomobil yolları buz bağlayıb

Qərb bölgəsinin dağlıq rayonlarında qarlı və dumanlı hava şəraiti müşahidə olunur, yüksək ərazilərdə isə avtomobil yolları buz bağlayıb.
Avtosfer.az xəbər verir ki, Göygöl, Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarında müşahidə olunan qarlı və dumanlı hava şəraiti səbəbindən bəzi avtomobil yollarında nəqliyyatın hərəkəti qismən çətinləşib.
Dekabrın 3-dən müşahidə olunan yağıntılı hava şəraiti nəzərə alınaraq aidiyyatı qurumlar tərəfindən yollara qum səpilir, avtomobillərin hərəkətini təmin etmək üçün lazımi işlər aparılır.
Yollarda böyük tıxacların yaranmaması və avtomobil qəzalarının baş verməməsi üçün Dövlət Yol Polisinin əməkdaşları da ərazilərə cəlb olunub və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin bərpa edilməsi üçün tədbirlər görülür.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun "Report"un Qərb bürosuna bildirib ki, Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yollarda intensiv xidmət aparır.
"Sürücülərdən xahiş olunur ki, həmin ərazilərdə müşahidə olunan hava şəraitini nəzərə alaraq sürət həddi və yol-hərəkət qaydalarına tam riayət etsinlər", - DİN rəsmisi bildirib. (report)
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?












