Bu şəhərdə dizel satışı qadağan edildi

Parisin ermənipərəst merinin “ekologiya” macəraları bitib-tükənmir.
Avtosfer.az xəbər verir ki, Ann İdalqonun yeni işi şəhərin mərkəzində dizel yanacağı satışının qadağan edilməsi olub. Bir çox yanacaqdoldurma məntəqəsi ilə bağlanmış müqaviləyə görə artıq dizel yanacağı satılmayacaq.
Əslində qərar yaydan tətbiq edilməli idi. Lakin olimpiya oyunları zamanı fasiləsiz hərəkəti təmin etmək üçün qərarın icrası təxirə salınıb.
Hazırda Parisdə cəmi 14 nöqtədə dizel yanacağı satılır. Bu da 2 milyondan çox əhalisi olan şəhər üçün dəryada damladır. Həm də bu yanacaqdoldurma məntəqələri şəhər ətrafında yerləşir. Parisdəki avtomobillərin mütləq əksəriyyətinin dizel mühərrikli olduğunu nəzərə alsaq, sürücülərin yanacaq almaq üçün nə qədər vaxt sərf edəcəyini təsəvvür etmək çox da çətin olmaz.
Paralel olaraq, şəhərdə yanacaqdoldurma məntəqələrinin də sayı azalır. Əgər 20 il əvvəl şəhərdə 200-dən çox belə yer vardısa, indi onların sayı cəmi 47-dir. 2030-cu ilədək bu say 30-dan aşağı enməlidir.
Maraqlıdır ki, Parisdə əhali ilə yanaşı avtomobil sayı da azalır. Hazırda şəhərdə təxminən 430 min şəxsi avtomobil var. Təkcə 2022-ci ildə şəhərdəki maşın sayı 33 min ədəd azalıb. Bu azalmanın səbəbi əhalinin maddi vəziyyətinin pisləşməsi deyil, ictimai nəqliyyatın işinin yaxşı təşkil olunmasıdır.
Statistika Paris əhalisinin yaşlı qisminin daha çox avtomobil sahibi olduğunu göstərir. Şəhər mərkəzində ictimai nəqliyyat gecə saatlarında da fəaliyyət göstərir.
Vüqar Yaşaroğlu
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA










