Bu şirkət üç ilə altı model təqdim edəcək

Uzun müddətdir ki, daxili bazar üçün Ypsilon hetçbekindən başqa heç bir modeli buraxmayan Lancia markası tarix olmağa çox yaxın idi. Lakin markanın daxil olduğu Stellantis ittifaqı italyan istehsalçısını dirçəltmək fikrinə düşüb. Alyans yaxın 10 il ərizndə italyan markasının inkişafına ciddi sərmayə qoymaq niyyətindədir.
Bu günlərdə Automotive News Europe nəşri Lancia markasının gələcək planları barədə məlumatı əldə edib: italyan markası qeyri-adi dizaynı ilə seçilən yığcam modellərin istehsalı ilə məşğul olacaqdır. Lancia avtomobillərinin dizaynı üzərində Stellantis alyansının Avropa bölməsinin şef-dizayneri Jan-Pyer Plue işləyəcəkdir.
Qeyd etmək lazımdır ki, bu gün Lancia şirkətinin istehsal etdiyi və bir müddət bundan öncə yenilənmiş Lancia Ypsilon hetçbeki İtaliyada yaxşı satış nəticələrinə nail olub. Bu ilin ilk beş ayında Lancia 22.783 avtomobil satılıb. Bu, müvafiq dövrdə, Alfa Romeo markasının Avropada satdığı Giulia və Stelvio modellərinin ümumi tirajından çoxdur.///fins.az
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI












