"Bugatti" "Porsche" və "Rimac"ın nəzarətinə keçir

Almaniyanın "Porsche AG" korporasiyası və Xorvatiyanın "Rimac Automobili" şirkəti arasında lüks idman avtomobilləri istehsalçısı "Bugatti"yə sahib olacaq birgə müəssisənin yaradılmasına dair müqavilə imzalanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Porsche" şirkətinin açıqlamasında deyilir. Qeyd edək ki, son 20 il ərzində "Bugatti"yə sahib olan "Volkswagen AG" konserni elektrikli nəqliyyat vasitələrinin istehsalına daha çox diqqət yetirmək və 2035-ci ilədək daxili yanma mühərrikli avtomobillərin istehsalını dayandırmaq niyyətində olduğundan "Bugatti" brendini sözügedən birgə müəssisənin nəzarətinə keçirir.
"Antiinhisar orqanlarının şərtlərinə görə, "Bugatti-Rimac" birgə müəssisəsi bu ilin IV rübündə qeydiyyata alınacaq və qərargahı Zaqrebdə (Xorvatiya) yerləşəcək. "Rimac Automobili" şirkəti səhmlərin 55%-nə, Xorvatiya istehsalçısının 24% payına sahib olan "Porsche" isə 45%-nə nəzarət edəcək. Birgə müəssisənin rəhbəri "Rimac Automobili"nin təsisçisi və sahibi Mate Rimats (Mate Rimac) olacaq. Yeni şirkət əvvəlcə "Bugatti Chiron" modellərini və "Rimac Nevera" elektromobillərinin istehsalı ilə məşğul olacaq, həmçinin "Bugatti" elektromobilləri də daxil olmaqla yeni elektrikli nəqliyyat vasitələri modelləri üzərində işləyəcək", - açıqlamada qeyd olunub.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










