Cəbhəboyu ərazilərdə xidmət edənlər mükafatlandırıldılar - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılmasında digər qurumlar kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) əməkdaşları da xüsusi xidmətləri ilə seçiliblər.
Avtosfer.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, döyüşlər zamanı cəbhəboyu ərazilərdə və azad edilmiş rayonlarda xidmət aparan qəhrəman yanğınsöndürənlər onlarla yanğının qarşısını alıb, insanların həyatını xilas ediblər. Vətən müharibəsi zamanı böyük qəhrəmanlıq göstərərək öz xidməti vəzifələrini layiqincə yerinə yetirən yanğınsöndürənlərin fəaliyyətini qiymətləndirmək məqsədilə FHN İşçilərinin Həmkarlar İttifaqı Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları ilə görüşlər keçirir.
Belə görüşlərdən biri də Füzuli rayonunda FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılovun və FHN DYMX Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının iştirakı ilə təşkil olunub.
Görüşdə çıxış edən Mehman İsmayılov 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərin xalq-ordu birliyinin təzahürü olduğunu bildirib. Natiq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində hər kəsin öz üzərinə düşən vəzifəni yerinə yetirmək üçün səfərbər olduğunu və nəticə olaraq düşmən tapdağı altında olan torpaqlarımızın şəhidlərimizin qanı bahasına azad edildiyini vurğulayıb.
Həmçinin, döyüşlər zamanı FHN Dövlət Yanğından Mühafizə hissələrinin gücləndirilmiş iş rejimində xidmət apardığı bildirilib. Cəbhə xəttində yerləşən Füzuli rayonunun kəndlərinin düşmən tərəfindən mütəmadi olaraq ağır artilleriyadan atəşə məruz qaldığı bir vaxtda yanğınsöndürənlərin qorxmadan, çəkinmədən, operativ şəkildə öz xidməti vəzifələrini layiqincə və peşəkarlıqla yerinə yetirmələri xüsusi qeyd olunub. Nəticə olaraq baş verən yanğınları söndürərkən öz həyatlarını təhlükəyə atan yanğınsöndürənlərin bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəldikləri birmənalı şəkildə vurğulanıb.
M.İsmayılov diqqətə çatdırıb ki, Həmkarlar İttifaqı tərəfindən mütəmadi olaraq əməkdaşların problemlərinin həlli, onların iş şəraitinin düzgün qurulması istiqamətində lazımi addımlar atılır. Bu görüşlərin məqsədi isə Vətən müharibəsində xidməti ilə seçilən yanğınsöndürənlərin qəhrəmanlığını qiymətləndirməkdir və bu kimi görüşlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulur, deyə natiq vurğulayıb.
Görüş zamanı Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti FHN İşçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılıb.





Avtomobili olanlara BƏD XƏBƏR - VİDEO
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO










