Ceyhun Bayramov: “Qondarma “DQR”in Azərbaycanın sərhədləri daxilində gələcəyi yoxdur”

“Qondarma “Dağlıq Qarabağ Respublikası”nın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində gələcəyi yoxdur”.
Bu barədə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov “The Washington Times”a müsahibəsində deyib.
“Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Bunu əsas tutaraq, Ermənistanla müharibə dayandırıla bilər”.
C.Bayramov ABŞ və Rusiya daxil olmaqla, bütün ölkələrin və hətta Ermənistanın özünün də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını xatırladıb:
“Müzakirə ediləcək bir şey yoxdur, Azərbaycanın ayrılmaz hissəsi olaraq, eyni torpaqda və dünyada birlikdə yaşamaq üçün bir yol tapmaq olar. Bu, mümkündür. Azərbaycanda sünnilər və şiələr, yəhudilər və xristianlar, azərbaycanlılar, ruslar, ləzgilər, avarlar, talışlar, gürcülər, sahurlar sülh və həmrəylik içində yaşayırlar.
İşğal olunmuş əraziləri çıxmaqla, təxminən 30 min erməni Azərbaycanı öz evi adlandırır. Bura tək bir etnik qrupun və ya tək bir dinin məkanı deyil”.
Bununla birlikdə, o qeyd edib ki, Ermənistanın hazırkı hökuməti destruktiv siyasət yürütməyə davam edir:
“Azərbaycan Ermənistanla qonşu olaraq - sülh və firavanlıq içində yaşamaq istəyir. Bütün problemlərimiz Ermənistanın işğalı və sülhə nail olmaq üçün mümkün olan yeganə şərti - ərazilərimizdən qoşunlarını çıxarmaqdan imtina etmələri ilə bağlıdır. Biz fərqli yaşamağı öyrənməliyik”.
“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Buna əsaslanaraq, bu müharibəyə son qoya və sülh yoluna qədəm qoya bilərik”, - deyə azərbaycanlı nazir bildirib.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












