Çin avtomobillərinin ucuzluğunun daha bir səbəbi AÇIQLANDI - DİQQƏT!

Çin avtomobillərinin ucuzluğu təkcə ucuz işçi qüvvəsi ilə izah edilmləlidir. Avtosfer.az xəbər verir ki, xarici ekspertlər ucuzluğun daha bir səbəbini tapıblar. Məlum olub ki, Çin maşınlarında məişət texnikasında istifadə olunan çiplər (mikrosxemlər) tətbiq edilir. Bununla da, maşınların qiyməti münasib həddə endirilir. Eyni zamanda, etibarlılıqla bağlı şübhələr yaranır.
Çiplər etibarlılıq səviyyəsinə görə 5 qrupa bölünür: məişət, sənaye, avtomobil, hərbi və aerokosmik.
Məişət elektronikası çipləri ucuz olsa da, çox ağır iş rejiminə tab gətirmir. Tesla 10 il əvvəl bu çipləri tətbiq etsə də, bir müddət sonra qızma və digər problemlərə görə kütləvi geriçağırma kampaniyaları ilə üzləşdi. O vaxtdan şirkət bu çiplərdən istifadə etmir.
Avtomobil çipləri zərbəyə, vibrasiyaya davamlı olmalı, -40-dan +150-dək temperatur intervalında işləyə bilməlidir. Onlar ev avadanlığındakından 500 dəfə daha dözümlü olmalıdır.
Digər tərəfdən, ev texnikası 3-5 il işlədiyi halda, avtomobil 10 il və daha çox istismar edilir. İstehsalçı avtomobil üçün çiplərin 10 il fasiləsiz təchizatına zəmanət verməlidir.
Çin maşınları isə adətən 3 ildən çox istehsal olunmur. Halbuki, avtomobil çipinin beynəlxalq səviyyədə sertifikatlaşması üçün azı 1 il tələb olunur.
Vüqar
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR











