Çinli istehsalçı təhlükəli qüsuru gizlədir – İDDİA

Belə bir vəziyyəti təsəvvür edir: hərəkətdə olduğunuz zaman avtomobilin sükanı kilidlənir və siz heç nə edə bilmirsiniz. Son çarə kəskin tormozlamaya qalır və avtomobil maneəyə və ya digər avtomobilə dəyərək dayanır.
Avtosfer.az “Economic Information Daily” nəşrinə istinadla xəbər verir ki, Çinin “Xpeng” markasının P7+ modelində sükanın hərəkət zamanı kilidlənməsi barədə bir çox ölkədən siqnal alınıb. Ən çox problem isə Çində müşahidə olunub.
Məsələnin ictimailəşməsinə də Çin mediasında və sosial şəbəkədəki xəbərlər səbəb olub.
Lakin “Xpeng” avropalı istehsalçılardan fərqli davranıb: kütləvi geriçağırma əvəzinə periodik texniki baxışa gələn avtomobillərin sükan kolonunda bəzi hissələr sökülərək yenidən hermetik vurularaq bağlanır və nasazlıq aradan qalxır. Tək-tək hallarda isə sükan mexanizmi bütövlükdə dəyişdirilir.
Qeyd edək ki, oxşar problem “Lada Vesta”da da müşahidə olunur. Bunun səbəbi isə köhnə proqram təminatıdır.
Vüqar
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?












