“Çoban Xanış”ın şəhid nəvələri - Döyüş yoldaşlarını tək qoymamaq üçün qardaşının dəfninə qatılmayıb

44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərimiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdılar.
Trend-in məlumatına görə, onlardan ikisi də Lerikdən olan, bir vaxtlar ümummilli lider Heydər Əliyevlə şəxsi dostluğu ilə məşhurlaşan, “Çoban Xanış” kimi tanınan mərhum Xanış Şahıyevin nəvələri Elgün və Altay qardaşlarıdır.
Müharibənin ilk günlərindən döyüşən qardaşlar fəallıqları ilə seçiliblər. Müharibədə şücaət göstərərək şəhid adını qardaşlardan ilk Elgün alıb. O, sentyabrın 30-da Goranboy rayonunun Ağcakənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Elgün həm də İkinci Qarabağ müharibəsində Lerikin ilk şəhidi olub.
Müddətdən artıq hərbi xidmət edən, 20 yaşlı Altay qardaşının şəhid olduğunu eşitsə də, döyüş yoldaşlarını tək qoymamaq üçün Elgünün dəfnində iştirak etməyib.
Ona dəfn üçün məzuniyyət versələr də, o, bu təklifdən imtina edib.
Qardaşının ölümündən bir ay sonra, Altay özü də şəhidlik zirvəsinə ucalıb. O, Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Hər iki qardaş Lerikdə yan-yana dəfn olunublar.
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












