Daimler yeni "Mercedes-Maybach" konseptini hazırlayır

Mercedes-Benz şirkəti yeni Mercedes-Maybach elektrik konseptini hazırladığını bəyan edib. Project Maybach adlanan yeni layihə üzərində Daimler konserninin baş dizayneri Qorden Vagener, habelə Louis Vuitton markasının kişi geyimləri üzrə bədii rəhbəri və Off-White brendinin direktoru olan amerikalı modelyer Vircil Ablo birgə çalışacaqlar. Elektromobilin debütü 1 dekabrda Mayamidə keçiriləcək Art Basel müasir incəsənət sərgisində baş tutacaqdır.
Əsrarəngiz Project Maybach, sentyabr ayında Münhen avtosalonunda təqdim edilən EQS Concept prototipindən sonra daxili yanma mühərriki olmayan ikinci Mercedes-Maybach konsepti olacaqdır. Maybach markasına verilən xüsusi diqqət, brendin 100-illik yubileyi ilə bağlıdır.
Daimler hələlik yeni konseptual elektromobil ilə bağlı detalları açıqlamayıb. Yeni konsept digər Mercedes-Benz avtomobillərinə bənzəməyən və "mövcud olan çertyojlar və istehsal spesifikasiyaları ilə məhdudlaşmayan dizayn imkanlarını nümayiş etdirən" nəqliyyat vasitəsi kimi səciyyələndirilir .
Bu, Vagenerin Ablo ilə ilk əməkdaşlığı deyil. Əvvəllər onlar G-Class ofrouderini yenidən dərk etmək üçün yardılan, tamamilə ağ rəngli kuzova, geniş kuzov dəstinə, pəncərələrdəki torlara və spartan interyerə malik olan Geländewagen konseptinin dizayn üzərində çalışıblar. Yəqin ki, Project Maybach konsepti də qeyri-adi bir görünüşə sahib olacaqdır.
Mənbə: autograph.az
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










