Dəbdəbəli avtomobil-ev təqdim edildi - FOTO

Məşhur tüninq studiyası "Brabus" ilk dəfə olaraq öz kolleksiyasına təkərli ev əlavə edib.
Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, "Big Boy 1200" adlanan kamperin uzunluğu 12 m olsa da, maksimum üç sakin üçün nəzərdə tutulub.
Müstəqil yaşamaq üçün lazım olan hər şeyə malik lüks nəqliyyatın qiyməti 1,26 milyon avrodan başlayır.
Təkərli evin eni 4,5 m-dir və 30 kvadrat metrdən çox yaşayış sahəsini əhatə edir. İçəridə 160x200 sm ölçülü ikinəfərlik və tək çarpayı, mətbəxdə plitə, soba, soyuducu, qabyuyan maşın, qəhvə maşını və şərab şkafı, qonaq otağında divan və stol, həmçinin vanna otağında duş və tualet var.
İnteryerə həmçinin iki 43 düymlük televizor, peyk internet bağlantısı, isti döşəmə, kondisioner, kameralar və damda günəş panelləri yerləşdirilib. Ev bahalı parçalar və dəri, qara ağac və karbon lifi ilə bəzədilib.
Avtomobil-ev 530 at gücünə malik 12,8 litrlik dizel mühərriki ilə çalışır. "Big Boy 1200"ün maksimal sürəti 90 km/saat ilə məhdudlaşır.
(oxu.az)
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ


















