Dəmiryolçu şəhidlərimizi tanıyaq

Cəsarət və fədakarlığın təcəssümü olan 44 günlük Vətən müharibəmizə qoşulanlar sırasında 200-dən çox dəmiryolçumuz da var. Onlardan dördü alın tərlərini al qanları, dəmir cığırları tank izləri ilə əvəzləyib adını tarixə yazdırdılar.
Avtosfer.az Azərbaycan Dəmir Yolları QSC-yə istinadən həmin şəxsləri təqdim edir:
1991-ci il təvəllüdlü şəhid Məmmədov Vüqar Elxan oğlu İnfrastruktur Departamentinin "Əsaslı təmir" MMC-nin Bakıda yerləşən İstehsalat sahəsində gözətçi vəzifəsində çalışıb.
1973-cü il təvəllüdlü şəhid Vəliyev İlqar Cahit oğlu İnfrastruktur departamentinin 10 №-li İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin 1 saylı Bakı istismar sahəsində sahə rəisi vəzifəsində çalışıb.
1995-ci il təvəllüdlü şəhid Bağırov Aqil Fazil oğlu İnfrastruktur departamentinin 7 nömrəli Ağstafa yol sahəsinin 1 saylı Böyük-Kəsik məntəqəsində yol montyoru vəzifəsində çalışıb.
1991-ci il təvəllüdlü şəhid Qocayev Asif Yolçu oğlu Mühafizə departamentinin Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin Gəncə yüklərin və obyektlərin mühafizə komandasında atıcı vəzifəsində çalışıb.
"Azərbaycan Dəmir Yolları" QSC Vətənin ərazi bütövlüyü uğrunda həlak olub şəhidlik zirvəsinə ucalan əməkdaşlarını minnətdarlıq hissi ilə yad edir və onlara Allahdan rəhmət diləyir.
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?










