Diplomatların və hərbi attaşelərin Füzuliyə səfəri başladı

Ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin, o cümlədən, səfirlərin, hərbi attaşelərin və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri rəhbərlərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmuş Füzuli şəhərinə səfəri başlayıb.
Report-un məlumatına görə, səfərin məqsədi diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə yerindəcə tanış etməkdir.
Qeyd edək ki, diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqa rəsmi şəxslər müşayiət edirlər.
Diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri Ermənistanın Füzuli şəhərində törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olublar.
Onlar şəhərdə ermənilərin 27 il ərzində törətdikləri vəhşilikləri, vandalizmi öz gözləri ilə görüblər.
Diplimatlara məlumat verilib ki, ermənilər Füzulidə yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri dağıdıblar.
Bununla yanaşı, ermənilər bir vaxtlar Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Füzulidə bir dənə də olsun salamat bina qoymayıblar.
Diplomatlara bildirilib ki, Füzuli sakinlərinin yurd həsrətinə 27 ildən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində son qoyulub.
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO












