Dörd silindrli mühərrikdə 1500 at gücü - VİDEO

Adi halda çoxları 4 silindrli mühərriki qənaət üçün seçir. Bu mühərriklər həcmindən asıl olaraq orta hesabla 80-150 at gücu hasil edir. Lakin bu silindr sayında daha böyük güc hasil etmək də mükündür.
Avtosfer.az xəbər verir ki, Finlandiyada layihələndirilmiş “Thor” adlı 4 silindrli mühərrikdən 1500 at gücü hasil etmək mümkündür. 4 litr həcmdə olan mühərrikin litraj gücü (hər 1 litrdən əldə edilən güc) 375 at qüvvəsidir. 140 000 dollarlıq mühərrik əsasən yarış avtomobilləri üçün nəzərdə tutulub.
Belə bir sual ortaya çıxır: nə üçün kiçik həcmli mühərrikdən bu qədər güc hasil edildiyi halda biz 100-150 at gücündə olan zəif mühərriklərlə kifayətlənirik: burda cavab həm iqtisadi, həm də texnikidir.
Əvvəla, bu mühərriklərin resursu çox kiçikdir, əksər hallarda 10 000 kilometri keçmir. Müasir avtombillərdə isə bu müddətə ancaq yağ dəyişdirilir. İkinci, bu mühərriklərin hazırlanmasında bahalı ərintilər tətbiq olunur ki, bu da məhsulun maya dəyərini artırır. Nəhayət, belə gücə malik mühərriklərdə yanacaq sərfiyyatı çox yüksəkdir, ekoloji trəflərdən isə ümumiyyətlə danışmağa dəyməz.
Vüqar
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!












