"Döyüşdə bir gözümü itirmişəm, Vətən uğrunda canımı da fəda etməyə hazıram" - FOTO

Tərtər rayonunun Cəmilli kənd sakini Azər Abdullazadə Vətən müharibəsində iştirak edən döyüşçülərimizdəndir. İdarə etdiyi tankla düşmənin bir neçə texnikasını və canlı qüvvəsini məhv edən cəsur əsgər döyüşlərdə sağ gözünü itirib. Müalicə olunub evinə qayıdan qazimiz doğma rayonunda izdihamla qarşılanıb.
Avtosfer.az bildirir ki, Azər Abdullazadə əvvəlcə "Şəhidlər" abidə kompleksini və şəhidlərin məzarını ziyarət edib, sonra avtomobil karvanının müşayiəti ilə evlərinə gəlib.
Azər Abdullazadə 2019-cu ilin aprelində hərbi xidmətə çağırılıb. Ehtiyata buraxılmasına bir neçə gün qalmış İkinci Qarabağ müharibəsi başlayıb və o, döyüşlərə qatılıb. Füzuli istiqamətində gedən döyüşlərdə yaralansa da, yenidən döyüşə yollanıb. "Dedim ki, əsgər yoldaşlarımı tək qoymayacağam. Axıra qədər döyüşüb, torpaqlarımızın azad edilməsində iştirak edəcəyəm. Sağalıb yenidən ön cəbhəyə qayıtdım. Döyüşdə heyətimiz düşmənin bir tankını, bir zirehli texnikasını, iki "KamAZ", iki "UAZ" markalı maşınlarını məhv etdi, hərbi hissəsini vurdu. Düşmənin 25 nəfər hərbçisi qaçıb səngərdə gizləndi, lakin yenə canlarını qurtara bilmədi. Onları elə səngərdə məhv etdik. Oktyabrın 11-də bizim tank vuruldu. Mən ikinci dəfə yaralandım. Məni tankdan çıxarıb hospitala apardılar. Bu dəfə yaram ağır olduğu üçün yenidən döyüşlərə qayıda bilmədim. Allah həkimlərimizin canını sağ eləsin. Əməliyyat olundum. Döyüşdə bir gözümü itirmişəm, Vətən uğrunda canımı da fəda etməyə hazıram".
Azər deyib ki, hərbçilərimiz döyüşə böyük ruh yüksəkliyi ilə gedirdi: "Hamının bir amalı var idi - düşməni məhv edib, torpaqlarımızı azad etmək. "Qarabağ Azərbaycandır" deyərək torpaqlarımızı işğaldan azad etdik. Allah şəhid qardaşlarımıza rəhmət eləsin, döyüşdə yaralananlara şəfa versin. Şəhid anaların qarşısında baş əyirəm, əllərindən öpürəm".
Azərin atası Rizvan Abdullayevin qardaşı Birinci Qarabağ müharibəsində şəhid olub. "Oğlum döyüşlərdə iştirak edərək əmisinin və digər şəhidlərimizin qisasını aldı. Şükürlər olsun, işğaldakı torpaqlarımız azad oldu. Mən özüm keçmiş sovetlər dövründə hərbi xidmətdə olarkən tankçı idim. Bu gün isə oğlum tankçı kimi Vətən müharibəsində iştirak edib. İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda döyüşüb, bu müqəddəs yolda - Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanıb. Övladımla fəxr edirəm", - deyə R.Abdullayev bildirib.
Azərin anası Şəlalə Orucova da oğlu ilə qürur duyduğunu bildirib: "Oğlum uşaqlıqdan vətənpərvər idi. Həmişə deyirdi ki, döyüşlərə gedəcəyəm, torpaqlarımızı azad edəcəyəm. Dediyi kimi də etdi. Fəxr edirəm ki, Azər kimi oğulun anasıyam".













Sürücülərin NƏZƏRİNƏ: Bəzi avtomobillər geri çağırıla bilər
Maşında kondisionerin xarab olduğunu GÖSTƏRƏN 5 ƏLAMƏT
Yayda avtomobil sürənlər diqqətli olsun: Bu səhvi etməyin!
Avtomobili olanlara BƏD XƏBƏR - VİDEO
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”










