Dünyada nadir olan bu avtomobil elə qiymətə satıldı ki... - FOTO

Dünyada sayı cəmi iki ədəd olan avtomobilin biri 5 iyun tarixində hərraca çıxarılıb. Onun satış qiyməti hərrac üçün record göstərici olub..jpg)
Avtosfer.az bildirir ki, hərraca çıxarılan avtomobil bütün ömrünü xüsusi kolleksiyalarda keçirib və sonda 1.341.000 dollara satılıb. Bu avtomobilin baha satılması əbəs yerə deyil. Çünki tayı bərabəri bu dünyada artıq mövcud deyil. Auksion üçün yenidən rənglənən avtomobil 1913-cü ildə ABŞ-ın İndiana ştatında yalnız lüks və yarış avtomobilləri istehsal edən Duesenberg şirkətinə məxsus olub. Duesenberg qardaşları avtomobilləri əsasən əl ilə yığıldığından alıcılar tərəfindən yüksək qiymətləndirilirdilər.
1921-ci ildə “Duesenberg” avtomobili hətta Fransa Qran Prisini də qazanıb.
Yarışdakı müvəffəqiyyət yeni sərmayədarları cəlb etdiyindən markanın nüfuzu daha da artıb. Bundan sonra marka böyük sürətlə populyarlaşmağa başlayıb və yalnız Amerika bazarını deyil Avropanı da fəth edib..jpg)
Lakin 1937-ci ildə böhran səbəbilə şirkət fəaliyyətini dayandırıb. “Duesenberg”in son nüsxəsi 1938-1940-cı illər arasında anbarda qalan komponentlərdən yığılıb. Bu gün böyük məbləğə satılan bu avtomobil elə həmin son nüsxədən biridir.
Aysel.jpg)
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq












