Düşmənə qan udduran xüsusi təyinatlı gizirin döyüş hekayəsi - VİDEO - FOTO

Vətən Müharibəsində onlarla ermənini tək başına məhv edən xüsusi təyinatlı gizirin döyüş yolu. Hərbçi yoldaşları ona "düşmənə qan udduran" ləqəbi ilə xitab ediblər.
Sənan Muxtar oğlu Ələsgərzadə 1995-ci ildə, Şəki rayonunun Əliyar kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.
Lənkəranda "N" saylı hərbi hissədə xidmətini tamamladıqdan sonra evə qayıtmadan müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb.
Daxili Qoşunlar, daha sonra isə Xüsusi Təyinatlıların sıralarına qoşulub. Uşaqlıqdan bütün sahələrdə fəallığı ilə seçilən Sənan xidmət etdiyi müddətdə də hərbçi yoldaşlarının yanında hörmət qazana bilib.
Sənanın taleyinə Vətən Müharibəsində iştirak etmək və döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmaq da yazıldı. Sənan Ələsgərzadə 27 sentyabrdan etibarən Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Onun son döyüşü isə 20 oktyabrda Qubadlı istiqamətində olub. Döyüşlər zamanı qarşı tərəfdən atılan minaatan mərmisinin qəlpəsi Sənanın bir qolunu qoparıb. O, qanaxması olmasına baxmayaraq döyüşə davam edib. Daha sonra isə əbədi olaraq şəhidlik zirvəzinə ucalıb.
Daxili Qoşunların Xüsusi təyinatlı giziri-Sənan döyüşlər zamanı ermənilərə qan uddurub, onlarla erməni hərbçisini tək başına məhv edib. Döyüş yoldaşları Sənanı hər zaman mərd, qorxmaz bir hərbçi kimi tanıyıblar.
Sənanın qardaşı da Vətən Müharibəsinə könüllü qatılan döyüşçülərdən olub. O, Murov istiqamətində döyüşərkən qardaşının şəhid olması xəbərini eşidib.
Qeyd edək ki, Daxili Qoşunların giziri Sənan Ələsgərzadə Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda"medalı ilə təltif olunub.
Report-un Daxili Qoşunların Xüsusi Təyinatlı giziri Sənan Muxtar oğlu Ələsgərzadə barədə reportajı:







Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?










