Düşməni vahiməyə salan döyüşçü Paşa kimdir? - FOTO

Son günlər Azərbaycan hərbçisinin sosial şəbəkə səhifələrində yayılan fotosu izləyicilərin marağına səbəb olub.
“Report” xəbər verir ki, Cəlilabad rayonunun Sərhədabad kənd sakini, 1989-cu il təvəllüdlü Allahşükür Qasımov artıq bir neçə ildir Azərbaycan Ordusunda xidmət edir.
Daha çox “Paşa” ləqəbi ilə tanınan A.Qasımov uşaqlıqdan həvəskar şəkildə idmanla məşğul olub və bu peşənin sirlərinə yiyələnib. Paşa həqiqi hərbi xidmətini başa vurduqdan sonra idmanla məşğul olmağa davam edib. Yüksək fiziki göstəricilərə malik Paşa bir neçə il mühafizəçi vəzifəsində çalışıb.
Sonradan fəaliyyətini yenidən hərbi xidmətdə davam etdirmək niyyətinə düşüb. Buna görə də o, bir neçə il bundan əvvəl müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi (MAXE) Azərbaycan Ordusunun sıralarına yazılıb. Paşa hərbçilər arasında Yunan-Roma güləşi üzrə keçirilən yarışmada ikinci yerə layiq görülüb.
Sentyabr ayının 27-dən Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında iştirak edən Paşa vahiməli cüssəsi ilə düşməni lərzəyə gətirən hərbçilərdən biridir. O, Füzuli, Cəbrayıl və Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Hazırda xidmətini davam etdirir.





Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












