Düşmənin atdığı mərmi Ağdamda evə düşdü - FOTO

Noyabrın 2-si səhər saat 06:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayon ərazisini artilleriya atəşinə tutur.
Bu barədə Avtosfer.az "Report"-a istinadən xəbər verir.
Düşmən tərəfindən rayonun Qaradağlı, Çəmənli, Əhmədağalı, Zəngişalı, Mahrızlı kəndlərinə top mərmiləri atılıb.
Nəticədə mülki evlərə ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Düşmənin atdığı top mərmilərindən biri də Qaradağlı kənd sakini Mütəllim Cəfərovun yaşayış evinə düşüb.
M.Cəfərov bildirib ki, həmin vaxt evdə olub:
"Səs gəldi, çölə çıxdıq. Evə külli miqdarda ziyan dəyib və bir neçə ev quşu tələf olub".
Məlumata görə, bu gün ərzində Ağdam rayon ərazisinə 100-ə yaxın top mərmisi atılıb.
Qeyd edək ki, sentyabrın 27-dən noyabrın 2-dək Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayon ərazisinə ümumilikdə 10 minə yazın top mərmisi atılıb. Nəticədə 7 mülki şəxs ölüb, 42 nəfər yaralanıb.
Həmçinin 71 ev tamami ilə dağılıb, 750 evə, 15 məktəbə, 6 inzibati binaya, 8 kənd qəbiristanlığına və bir neçə ticarət obyektinə ziyan dəyib.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar














