Düşmənin atəşə tutduğu Tərtər sakinləri: “30 ildir mərmi səsi ilə yaşamışıq, heç nədən qorxmuruq” - VİDEO

Ermənilərin artilleriya atəşinə tutduğu Tərtər əhalisi düşmənin təxribatlarına boyun əyməyəcəyini deyir.
Avtosfer.az-ın oxu.az-a istinadən verdiyi məlumatına görə, Tərtər rayon Hacıqərvənd kənd sakinləri heç bir halda öz dədə-baba yurdlarını, yaşayış evlərini tərk etməyəcəklərini deyirlər.
Kənd sakini Aynurə Bayramova deyir ki, 30 ildir biz bu mərmi səsləri ilə yaşayıb heç nədən qorxmamışıqsa, bundan sonra da bizi heç kim qorxuda bilməz:
“Mən bu torpaqlarda doğulmuşam, böyümüşəm. Bizim uşaqlığımız silah-mərmi səsləri ilə keçib. Özüm də müəlliməm. Düşmən bizi qorxuda bilməz. Biz başda Ali Baş Komandan olmaqla, Azərbaycan əsgərinin gücünə inanırıq. Azərbaycan xalqı prezidentin qərarlarını dəstəkləyir. Qısa zamanda qələbə bizim olacaq”.
Tərtər sakinləri gündəlik həyat tərzinə davam edir. Səbirsizliklə Azərbaycan ordusunun qələbə xəbərini gözləyir.
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO












