Əcnəbilər seyrə elektromobillərlə çıxır... – Azərbaycanda bu sahədə vəziyyət NECƏDİR?

“Gartner” tədqiqat şirkəti proqnozlaşdırır ki, 2023-cü ilin sonunadək minik elektrik avtomobillərinin (elektrik mühərrikləri və plug-in hibridləri ilə birgə) qlobal bazarda satışı 1/3-dən çox artaraq 15 milyon həddini keçəcək.
Avtosfer.az xəbər verir ki, 2024-cü ildə artımın 20% təşkil edərək 17,9 milyon avtomobilə çatacağı gözlənilir.
Belə ki, elektrik avtomobillərinin satışı, yük maşınları və avtobuslar da daxil bu il 15,4 milyonu (34 faiz artım), gələn il isə 18,45 milyonu (20 faiz çox) keçəcək.
“Gartner”-in press-relizində bildirib ki, yüngül elektrik mühərrikli avtomobillərin (BEV) tədarükü keçən ilki 9 milyondan 2023-cü ildə təxminən 11 milyona, plug-in hibrid avtomobillərin (PHEV) satışı isə 3 milyondan 4 milyona yüksələcək.
Analitiklər 2030-cu ilə qədər elektrik avtomobillərinin qlobal bazarda satılan ümumi avtomobillərin yarıdan çoxunu təşkil edəcəyini proqnozlaşdırır.
Qeyd edək ki, cari ilin Azərbaycanda elektrik avtomobillərinin idxalında hökumət bəzi güzəştlər tətbiq etməyə başladı və bazarda onların sayında artım müşahidə olunur.
Bu gün üçün bu avtomobillərin artmasına ehtiyac varmı? Ümumiyyətlə, bunlara ölkə daxilində nə qədər tələbat var? Onları hazırda almaq nə qədər düzgün ola bilər?
Bununla bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanın avtomobil parkının yenilənməsinə ciddi ehtiyac var.
Bunun həm ekoloji, həm müasirlik, həm də təhlükəsizlik baxımından ciddi olduğunu söyləyən ekspert bildirdi ki, belə avtomobillər bunlara cavab verdiyi üçün kifayət qədər populyarlıq qazanır:
“Eyni zamanda, onlara ciddi ehtiyac yarandığı üçün istehsalı da artmaqdadır. Son trend onu göstərir ki, yaxın 10-15 ildə Avropa Birliyi ölkələrində, o cümlədən ABŞ-da avto-parkın böyük bir hissəsi elektro-mobillərlə əvəz olunacaq. Avropanın bəzi ölkələri isə 2030-cu ildən sonra ümumiyyətlə daxili yanma mühərriki olan avtomobilləri qadağan etməyi düşünürlər”.
Onun dediyinə görə, Azərbaycan da bu trendə qoşulmaq üzrədir:
“Ən azından buna çalışır. Sadəcə, bizdə infrasturkturu zəifdir. Yəni, onların enerji ilə təmin olunması üçün lazım olan avadanlıqlar yox səviyyəsindədir. Regionlarda isə heç yoxdur. Bu avtomobillərin isə gediş məsafəsinin təxminən 300-400 km/saat olduğunu nəzərə alsaq, bunlarla paytaxtdan kənara çıxmaq ciddi problemlərə səbəb olur.
Bu baxımdan da Azərbaycan dünyada gedən trendlərə qoşulmaq istəyirsə, bütün ölkə üzrə infrastrukturun quruması işlərinə başlamalıdır. Eyni zamanda, belə avtomobillərə təşviq siyasəti həyata keçirilməlidir. Son 3 ildə istehsal olunan elektromobillərin idxalına ciddi gömrük və vergi rüsumlar tətbiq olunur, amma bu da yetərli deyil.
Ona görə ki, bu müddətin ən azında 7-8 ilə qədər artırılmasına ehtyac var. Çünki, son 7-8 il ərzində istehsal olunan avtomobillərin texniki göstəriciləri 3 il əvvəlkilərdən heç nəyi ilə seçilmir və qiymətləri xeyli ucuzdur”.
Bizim.Media
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO










