Ekspertdən məhv edilən düşmən texnikaları ilə bağlı maraqlı-TƏKLİF

Vətən Müharibəsi dövründə ordumuz tərəfindən düşmənin xeyli hərbi texnikası yararsız hala salınmış və qənimət kimi götürülmüşdü. Qeyd edək ki, bu gün keçirilən Zəfər paradında həmin texnikalar nümayiş etdirilib.
Hüquqşünas, ekspert Ərşad Hüseynov düşmənin məhv edilmiş hərbi texnikaları ilə bağlı maraqlı təklif irəli sürüb.
Avtosfer.az-ın məlumatına görə Ə.Hüseynov qeyd edib ki, bu gün Zəfər paradında düşmənin məhv edilmiş və qənimət götürülmüş döyüş texnikasının cüzi bir hissəsi nümayiş etdirildi. Azad edilən torpaqlarımıza səpələnən belə texnika kifayət qədər çoxdur.
Düşünürəm ki, düşmən texnikasının bu qalıqları ölkəmizdəki qara metal emal edən zavodlardan birinə xammal kimi satılmalıdır. Əldə edilən vəsait YAŞAT Fonduna köçürülməlidir. Həm də bu zavoda belə bir öhdəlik qoyulmalıdır ki, bu texnikanın bir hissəsi təkrar eməl edilərək ondan tikintidə istifadə edilən armatur, şveller və başqa metal məmulatı hazırlansın. Şuşaya yeni çəkilən Zəfər yolunda həmin armaturlardan və başqa metal məmulatlardan da istifadə edilməklə gözəl bir körpü tikilsin. Körpünün yanında daşda həkk olunmaqla yaxşı görünən belə bir lövhə olsun: “Bu körpünün metal konstruksiyası Vətən müharibəsində düşmənin məhv edilmiş hərbi texnikasının təkrar emalından əldə edilmişdir”. Bu həm də tarixi yaddaşımıza çevrilər ki, heç kəs 44 günlük Vətən müharibəsini unutmasın.
Fərid
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












