Elektrik nəqliyyatı üçün yeni qaydalar hazırlanır - BU TARİXDƏ

Azərbaycanda ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi nəzərdə tutulur.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu çərçivədə energetika sahəsində tətbiq edilən normativ hüquqi aktlara dəyişikliklərlə bağlı təkliflərin hazırlanması planlaşdırılır.
Məqsəd tənzimləyici və inzibati məhdudiyyətlərin aradan qaldırılması, elektrik nəqliyyatının istifadəsi üçün daha əlverişli mühitin formalaşdırılmasıdır.
Eyni zamanda, elektrikdoldurma infrastrukturunun inkişafı istiqamətində də addımlar atılır. Belə ki, elektrikdoldurma cihazları və bu sahədə istifadə olunan proqram təminatı üçün tələbləri müəyyən edən texniki reqlamentlərin hazırlanması, müvafiq standartların formalaşdırılması nəzərdə tutulur.
Bundan əlavə, "Vahid elektrikdoldurma xidməti platforması" informasiya sistemi ilə bağlı əsasnamə layihəsi hazırlanacaq.
Həmçinin elektrikdoldurma xidmətlərinin göstərilməsi qaydalarını müəyyən edən normativ hüquqi aktın hazırlanması da planlaşdırılır.
Digər istiqamətlərdən biri isə nəqliyyat vasitələrinin utilizasiyası sahəsidir. Bu sahədə cəlbediciliyin artırılması üçün mövcud vəziyyət təhlil ediləcək, qanunvericiliyin təkmilləşdirilməsi üzrə müvafiq tədbirlər həyata keçiriləcək.
Layihələr üzrə sənədlərin müvafiq qurumlarla cari ilin sonuna qədər hazırlanması nəzərdə tutulur.
Rusiyada hibrid avtomobil hazırlanır - FOTO
Neftdən yan keçmək üçün hazırlandı, münaqişənin qurbanı oldu
Çində yenidən universal avtomobillərə tələbat yaranır
Bloqer “Changan”dan şikayət etdi - Sanki "Zapı" sürürəm
Avtomobil istehsalı ilə bağlı yeni qaydalar qüvvəyə minir
Siyasətçi Çin avtomobillərini xərçəng xəstəliyi ilə müqayisə etdi
"Bu maşınların qiyməti cüzi arta bilər" - Hörmüz böhranının Azərbaycana təsirləri
Avtomobil nömrəsini itirən sürücü nə etməlidir?
Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ
Avtomobiliniz hər an yana bilər: Maşınınızı həvəsinizə qurban verməyin
İlk iş günü Nizamidə yaranan tıxacın görüntüsü yayıldı - VİDEO










