Elektromobillərin utilizasiyasında maraqlı məqam

COP29 öz tempi ilə davam edir və burada elektromobillərlə bağlı da müzakirələr aparılır (və aparılacaq). Elektromobillərin müəyyən üstünlükləri danılmaz olsa da, bir fakt faktlığında qalır: bütün digər sənaye məhsulları kimi elektromobillər də köhnəlir. Yaxud, cəmi bir neçə yüz kilometr qət edən texnika qəzaya düşüb istismara yararsız hala gəlir. Bu halda nə etməli?
Avtosfer.az xəbər verir ki, artıq Avropanın bəzi ölkələrində elektromobillər də utilizasiyaya qəbul edilir. Bu texnikanın utilizasiyasının ənənəvi maşınlarla həm oxşar, həm də fərqli xüsusiyyətləri mövcuddur.
Utilizasiyada ən ciddi və təhlükəli məsələ yüksək gərginlikli batareyaların çıxarılmasıdır. Burada ani xəta qısaqapanmaya və son nəticədə yanğın və ölümə səbəb ola bilər. Məsələn, Belçikadakı utilizasiya şirkətində elektromobil batareyalarının çıxarılması ilə 2 qardaş məşğul olur. Onlar bu işə təyin edilənədək nə az, nə çox – 1 il xüsusi hazırlıq keçiblər.
Çıxarılmış batareya xüsusi hazırlanmış konteynerdə istehsalçıya göndərilir. Elektromobilin digər detallarının utilizasiyası klassik maşınlardan çox da fərqlənmir.
Müqayisə üçün deyək ki, ənənəvi avtomobillərin utilizasiyası ilə məşğul olan işçilər cəmi bir neçə həftəlik kurs və staj keçirlər.
Vüqar Yaşaroğlu
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA
Bu maşınların qiyməti kəskin ucuzlaşacaq - YENİ QƏRAR
Dizel məsələsində məcburiyyətə ehtiyac varmı?
Azərbaycanda benzinlə işləyən avtomobillər tarixə qovuşur
Dizel dövrü bitir: İlk dəyişiklik bu nəqliyyat növündən başlayır - AÇIQLAMA
Benzin və dizel maşınları bazardan çıxarılacaq? - EKSPERT AÇIQLADI
Dizel avtomobillərin sonu yaxınlaşır... - Bu tarixdən dövriyyədən çıxarılacaqlar
Qərar təkcə benzin və dizellərə aid deyil - DİQQƏT!
Avtomobil satanlar artıq bunuda nəzərə almalıdır - YENİLİK NƏLƏRİ DƏYİŞİR?
Sürəti azaltmaq kifayət etmir: Sürücülərin ən çox cərimələndiyi nişan - VİDEO
Yeni vəsiqə alan sürücülərə bu avtomobilləri sürmək QADAĞAN EDİLƏ BİLƏR












