Elektromobillərlə bağlı AÇIQLAMA

2040-cı ilə qədər elektrikli avtomobillərin illik satışının 3 milyondan 66 milyona yüksələcəyi gözlənilir.
Bu proqnoz "Bloomberg" agentliyi tərəfindən dərc edilib.Mütəxəssislərin fikrincə, təxminən 20 ildən sonra daxili yanma mühərrikli avtomobillərin payı bazarın yalnız 1/3 hissəsini təşkil edəcək. Agentlik qeyd edir ki, hadisələrin bu cür inkişafı elektromobillərin göstəricilərinin yaxşılaşdırılması, müvafiq infrastrukturun inkişafı, eləcə də ətraf mühitə uyğun nəqliyyat vasitələrinin inkişafına yönəlmiş ölkələrin siyasəti sayəsində mümkündür. Elektromobillərə keçiddə lider Çin və Avropa ölkələri olacağı güman edilir.
Xatırladaq ki, dünyanın bir sıra qabaqcıl avtomobil istehsalçısı da qarşıdakı illərdə elektromobillərin istehsalına keçəcəyini elan edib. ABŞ-ın "General Motors" şirkəti 2035-ci ilədək keçid etməyi planlaşdırır. Önümüzdəki illərdə Britaniyanın "Jaguar Land Rover" və "Bentley Motors" şirkətləri də fəaliyyətlərini elektromobil istehsalına yönəltmək niyyətində olduğunu bildiriblər.
///APA
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










