Erməni ekspert: “Telekommunikasiyamız Azərbaycanın tam nəzarətindədir”

Ermənistanda hərbi-analitik portal Razm.info-nun koordinatoru Karen Vrtanesyan Azərbaycan ordusunun döyüş bölgəsindəki telekommunikasiyaya tam nəzarətindən yazıb.
“Facebook” hesabında bu barədə paylaşım edən Vrtanesyan Qarabağdakı hər zəngin bu gün Azərbaycan Silahlı Qüvvələri tərəfindən izlənildiyini vurğulayıb.
Vrtanesyan Azərbaycanın müasir hərbi rabitə vasitələri ilə mobil rabitə operatorunun stansiyalarına nəzarət etdiyini, Qarabağdakı hər zəngə qulaq asmaqla yanaşı, edildiyi yeri və saatı da müəyyənləşdirdiyini, hətta əlindəki telefonun markasını da bildiyini qeyd edib.
“Bu şəkildə telefonlar 10-30 metrdən dəqiqliklə izlənilə bilər. Bu, bəzi meşə sahələrində və ya dərələrdə qeydə alınarsa, canlı qüvvənin orada yığılması deməkdir. Düşünürəm ki, hamı bunun nə demək olduğunu başa düşür. Buna görə də bütün telefonlar söndürülməlidir”, - ekspert yazıb.
Vrtanesyan eyni zamanda, zəng edənləri hərbi hissələrdən 2-3 km uzaqlaşmağa, hərbi hissədə 1-2 telefondan və 2-3 gündə bir dəfədən çox olmayaraq zəng etməyə çağırıb. Əks təqdirdə, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun cəmləşdiyi yerləri asanlıqla tapmağa davam edəcək.
O, qeyd edib ki, döyüş vəziyyətinin telefonla müzakirə olunmasına gəlincə, bu, açıq şəkildə qadağan edilməlidir, çünki bütün zənglər Azərbaycan Silahlı Qüvvələri tərəfindən dinlənilir.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












