Ermənilər Ağdamdan çıxarkən bu məscidi də yandırıblar - VİDEO

“National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Deqati (Reza Deghati) noyabrın 20-də erməni işğalından azad edilən Ağdam rayonunda ermənilər tərəfindən tövlə kimi istifadə edilən məscidin şəkillərini paylaşıb.
Unikal.org xəbər verir ki, Deqati Qiyasi kəndindəki 18-ci əsrə aid məsciddən fotoları öz instaqram hesabında yerləşdirərək bu şərhi verib:
“Mədəni, mənəvi və dini irsə qarşı vandalizm anlaşılmaz və qəbuledilməzdir. Müxtəlif münaqişələrdə bunun şahidi olmuşam. Son bir neçə gündə Qarabağda qəbiristanlıqların dağıdıldığını, evlərin yandırıldığını və məscidlərin tövləyə çevrildiyini gördüm.
Ağdam rayonunun Qiyasi kəndində 18-ci əsrə aid bu məscid otuz illik işğal zamanı ermənilər tərəfindən inək saxlamaq üçün istifadə edilib. Azərbaycanlılar tərəfindən tapılanda isə nəcislə dolu idi. Bölgəni tərk etməzdən öncə işğalçı götürə bildiyini götürdü və məscidə od vurdu. Yenidənqurma və bərpa çox vaxt aparacaq”.


















Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












