Ermənilər indiyədək Tərtərə 15 700 top atıb - FOTO

Noyabrın 2-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini artilleriya atəşinə tutub.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Saat 15:40 radələrindən başlayaraq düşmən Tərtər rayonunun Şıxarx qəsəbəsi, Qəzyan və Qapanlı kəndlərinə ümumilikdə 52 top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
"Report"un əməkdaşı ilə söhbət edən Tərtər rayon sakini Füzuli Həsənov bildirib ki, düşmən tərəfindən atılan top mərmiləri nəticəsində evi dağılıb. O qeyd edib ki, buna baxmayaraq rayon ərazisini tərk etməyiblər:
"Şəhər ərazisində həyat öz axarı ilə davam edir. Biz düşməndən qorxmuruq. Ordumuza güvənirik. Yaşasın Azərbaycan Ordusu. Qarabağ Azərbaycandır!".
Sentyabrın 27-dən noyabrın 2-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən rayon ərazisinə ümumilkdə 15 698 top mərmisi atıb, 17 nəfər ölüb, 54 nəfər yaralanıb.
Nəticədə 915 evə ziyan dəyib, 135 ev, 32 yardımçı tikili, 2 sosial ev, 1 çoxmənzilli yaşayış binası, 3 istehsal obyekti, 11 ticarət obyekti, 2 inzibati bina və 2 ictimai-iaşə obyekti tamamilə dağılıb.
Bundan başqa, 64 çoxmənzilli yaşayış binasına, 67 yardımçı tikiliyə, 25 sosial obyektə, 1 abidəyə, 8 istehsal obyektinə, 3 su təchizatı obyektinə, 1 istilik təchizatı obyektinə, 28 ticarət obyektinə, 5 xidmət sahəsinə, 17 inzibati binaya, 10 məzar daşına ziyan dəyib.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












