Ermənilər Tərtərə 16 top mərmisi atıb

Noyabrın 5-i saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Səhləabad və Qazyan kəndlərini artilleriya atəşinə tutmaqda davam edir.
Bu barədə Avtosfer.az "Report"-a istinadən xəbər verir.
Səhər saatlarından başlayaraq düşmən Tərtər rayon ərazisinə ümumilikdə 16 top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Sentyabrın 27-dən noyabrın 4-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən rayon ərazisinə ümumilkdə 15 767 top mərmisi, 21 raket atıb, nəticədə 17 nəfər ölüb, 54 nəfər yaralanıb.
Həmçinin 952 evə ziyan dəyib, 137 ev, 32 yardımçı tikili, 2 sosial ev, 1 çoxmənzilli yaşayış binası, 3 istehsal obyekti, 11 ticarət obyekti, 2 inzibati bina və 2 ictimai-iaşə obyekti tamamilə dağılıb.
Bundan başqa, 66 çoxmənzilli yaşayış binasına, 67 yardımçı tikiliyə, 25 sosial obyektə, 1 abidəyə, 9 istehsal obyektinə, 3 su təchizatı obyektinə, 1 istilik təchizatı obyektinə, 28 ticarət obyektinə, 5 xidmət sahəsinə, 17 inzibati binaya, 10 məzar daşına ziyan dəyib.
Qeyd edək ki, əməkdaşımız Tərtər rayonunda çəkiliş edən zaman da rayon ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












