“Ermənilər ya Qarabağdan çıxacaq, ya da əziləcəklər”

“Cənubi Qafqazdakı problemin tək həlli yolu Ermənistanın işğal etdiyi torpaqlardan bəhanəsiz çəkilməsi, Dağlıq Qarabağa Azərbaycan bayrağının sancılmasıdır. Başqa çarə, seçim və çıxış yolu yoxdur. Biz türk millətiyik. Şəhid olan soydaşlarımızın cənazəsi qiyabi olaraq hamımızın evindən çıxıb. Ermənistan qatil bir dövlətdir. Türk millətini özünə düşmən elan edib. Öz prinsipləri yoxdur, Yerevan bir maşa, ilan başlı bir kukladır”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib. O, Türkiyə Böyük Millət Məclisinin (TBMM) 27-ci mövsümünün ilk qrup toplantısında çıxışı zamanı Azərbaycanın dayanmayacağını, sonadək mübarizə aparacağını bildirib:
“Artıq bıçaq sümüyə dayanıb, səbr kasası daşıb. Paşinyanın peşman olacağı günlər gəlib çatıb. O gün bu gündür! Cəza evindən yeni çıxan Robert Koçaryan və Baş Nazir Paşinyan arasında daxili siyası rəqabətə xarici güclər müdaxilə edir.
Ancaq Yerevanın kinli əməli Dağlıq Qarabağda torpağa basdırılır. Çarəsiz qalan Ermənistan Gəncə, Mingəçevir, Tərtərə hücum edir, məsum insanları hədəf alır. Bu, günahdır, alçaqlıq, şərəfsizlikdir. Qorxaq Ermənistan çarəni mülki şəxslərə hücum etməkdə görür. Terror dövləti olan Ermənistan bir həftə içində 30-a yaxın insanı qətl edib. Ermənistanın ən yaxşı bildiyi şey sıravi insanlara silah çəkməkdir. Qadınları, yaşlıları, müdafiəsiz insanları bombalayan bu rəzil dövlətdir.
Xocalıda 613 soydaşımızın qanını axıdan, bir milyon insanımızı evindən didərgin salan bu canavarlardır. Can Azərbaycan durmayacaq, zülmün kökünü həyəcanla qazacaq. Xəyanətə görə hesab verəcəklər. Qanımızla yanlarındayıq, varlığımızla arxalarındayıq. Ermənilər ya Dağlıq Qarabağdan çıxacaq, ya da əziləcəklər”.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












