Ermənilərin döyüşdürdüyü muzdlular danışdı - FOTO

Ermənistanda yeni gəlmiş muzdlular üçün sürətlənmiş təlimlər keçirilir. “Qafqazinfo” bigasia.ru portalına istinadən xəbər verir ki, Qərbi Avropa ölkələrindən gələn bu şəxslər özlərini könüllü adlandırsalar da Ermənistan vətəndaşı deyillər və bununla muzdlu döyüşçü hesab olunurlar.
Onlardan biri Almaniya vətəndaşı Ağazi Asatryandır:
“Alman iş yoldaşlarım bir insanın müharibəyə getmək istəyə biləcəyini başa düşməzdilər. Hər kəs öz vətəni üçün mübarizə aparmalıdır. Mən tariximizi yaxşı bilirəm və anlayıram ki, bu düşüncə olmadan biz ermənilər bu qədər əsr yaşamazdıq”.
Muzdluların arasında qadınların da olduğu artıq açıq faktdır. Onlardan biri Knarik Karaminasyan fikirlərini belə çatdırıb:
“Əvvəlcə mənim üçün çətin oldu və hətta kabuslar görməyə başladım. Ancaq vaxt keçdikcə yeni hər şeyə öyrəşirsən... Düzü, indi evdə oturub feysbukda xəbərləri oxuyub vərəqlədiyimdən, necə kömək edəcəyimi bilmədiyimdən daha yaxşı hiss edirəm. Buradayam və nəyəsə hazırlaşdığımı və vacib bir şey etdiyimi hiss edirəm”.
“France24” telekanalının Dağlıq Qarabağdan hazırladığı reportajda bir sıra erməni əsilli Fransa vətəndaşlarının Qarabağdakı döyüşlərə cəlb olunduğu açıq-aşkar göstərilib. 28 yaşlı Fransa vətəndaşı Sipan Muradyan telekanala müsahibəsində müharibə başladığı andan Ermənistana gələrək döyüşlərə qoşulduğunu bildirib.
Bu yaxınlarda Fransanın “Liberation” qəzetinin verdiyi məlumata görə, erməni əsilli Fransa vətəndaşı, terror təşkilatı “ASALA”nın 64 yaşlı üzvü Gilbert Minasyan döyüşlərdə iştirak etmək üçün Fransadan özü ilə gətirdiyi muzdlularla birlikdə Qarabağdadır.
Almaniyanın tanınmış qəzeti “Der Freitag” da bir neçə gün əvvəl “PKK muzdluları” adlı bir məqalə yayımlayıb və döyüşlərdə Ermənistan tərəfdən çoxlu sayda PKK terrorçularının iştirak etdiyi bildirilib.



Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR













