Ermənilərin əsgərlərimizə qurduğu tələ ilə bağlı ANAMA-dan AÇIQLAMA - VİDEO

zərbaycan ordusunun işğaldan azad etdiyi torpaqlardan geri çəkilən ermənilər öz mənfur hərəkətlərindən geri qalmır və çıxdıqları yerlərdə, yaşayış evlərinin girişlərində tələlər qururlar.
Bununla bağlı əsgərlərimiz tərəfindən çəkilən videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, tərk etdikləri bir qapalı məkana qumbara qoyan, onun alışdırıcısını isə iplə qapıya bağlayan ermənilərin məqsədi qapı açılarkən qumbaranın partlaması və bununla da əsgərlərimizə xəsarət yetirmək olub. Lakin hərbçilərimizin ehtiyatlı davranışı ilə onların xain planları ifşa edilib.
Mövzu ilə əlaqədar ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov Oxu.Az-a açıqlamasında bildirib ki, artıq düşmənin belə “sürprizlərinə” hazırlıdırlar:
“Belə deyə bilərəm ki, biz təlimlərimizdə xarici təşkilatlar, eləcə də, yerli mütəxəssislərimizlə evlərin təmizlənməsi ilə bağlı təlim kursları keçmişik. Belə ehtimallar qarşısında evlərə necə yaxınlaşmaq, necə ilkin addım atmaq lazım olduğunu bilirik. Eyni zamanda, əldəqayırma partlayıcı qurğulara qarşı təlimlərdə iştirak edən mütəxəssislərimiz var ki, onlar bu kimi hallara hazırdır.
Düşmən tərəfindən bizə qarşı bu cür qurğuların yerləşdirilməsi, istifadə edilməsi gözləniləndir. Biz bu hallara tam hazırıq. Hazırda ANAMA-nın apardığı əməliyyatlar zamanı tank əleyhinə minalar belə götürülərkən onun altında hər hansı “sürpriz”lərin olmasını nəzərə alaraq, uzaqdan dartma üsulundan istifadə edirik.
Bu üsulla həmin minaların götürülməsi və zərərsizləşdirilməsi həyata keçirilir. Bu hallara daha çox rast gəlinəcəyini nəzərə alaraq, qruplar mütəmadi olaraq xüsusi təlimlərə cəlb edilir və öz fəaliyyətlərini davam etdirirlər”.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












