Ermənistan ordusunun Azərbaycana ziyanının qiymətləndirilməsi davam edir

Prezident İlham Əliyevin noyabrın 6-da imzaladığı, "Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" sərəncama uyğun olaraq yaradılmış 11 işçi qrupu yerlərdə işini davam etdirir.
Onun sözlərinə görə, Füzuli rayonunda əsasən fərdi yaşayış evlərinə, qismən isə kənd təsərrüfatı və infrastruktur obyektlərinə ziyan dəyib: "Füzulidə vətəndaşlara məxsus 65 evə baxış keçirmişik və akt tərtib etmişik. Qəzalı vəziyyətdə olan evlər var. Ümumiyyətlə, işimizini yekunlaşdırmamışıq və davam edirik. Buna görə də tam geniş məlumat verə bilmərik”.
Cəbrayıl rayonuna gəlincə isə, İ.Zeynalov bildirib ki, burada təxminən 45 fərdi yaşayış evinə və sosial obyektlərə ziyan dəyib: “Düşmənin atdığı Toçka-U”, “Smerç” tipli raketlərin dağıtdığı evlər var. Məlum olduğu kimi, Cəbrayılın yalnız Cocuq Mərcanlı qəsəbəsində yaşayış olub, elə orada da iş aparırıq və gündəlik Nazirlər Kabinetinə məruzə edirik".
Qeyd edək ki, Füzuli və Cəbrayılla yanaşı Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Goranboy, Naftalan, Gəncə, Mingəçevir rayon və şəhərlərində də işçi qrupları fəaliyyət göstərir.
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO











