Ermənistanın atdığı raketin ağırlığını çiyinlərində daşıyacaq 2 yaşlı Nilay - VİDEO

Bundan sonra 2 yaşlı qızcığaz Ermənistanın atdığı raket zərbəsinin ağırlığını çiyinlərində gəzdirəcək.
Avtosfer.az Baku TV-ə istinadən xəbər verir ki, 2 yaşlı körpə Nilayın 6 gün sonra ad günü olacaq. Ancaq o 3-cü doğum gününü valideynləri olmadan qeyd edəcək. Eynilə növbəti günləri kimi…
“Körpə uşaq dayanmadan ağlayır. Onu sakitləşdirmək üçün deyirik ki, anan gələcək”.
Bunu Nilayın xalası Rəna Quliyeva deyir. O əlavə edir ki, Nilay ağlayaraq ata-anasını soruşur. Elə o an çarəsiz qohumlar nə edəcəyini bilmir. Nilayın nənəsi Sevil Babazadə isə bildirir ki, Ermənistanın Gəncəyə mülki əhaliyə qarşı törətdikləri soyqırımı idi.
Sevil xanım deyir ki, 2 yaşlı nəvəsinin dağıntılar altından sağ çıxması bir möcüzə olub. Çünki körpə anası və atası ilə birgə yatırmış.
Qeyd edək ki, balaca Nilay düşmən hücumu zamanı ata və anası ilə yanaşı, həm də nənəsi Afaq Əliyevanı da itirib.
Ermənistanın raket zərbələri endirdiyi Gəncədə üç uşaq hər iki valideynini itirib.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












