Əvvəl şəhid olduğu deyildi, sonra sağ olduğu üzə çıxdı - VİDEO

Vətən müharibəsinin qəhrəman iştirakçılarından biri də Rəşad Mirzəyevdir.
Milli.Az xəbər verir ki, əvvəl erməni təxribatı nəticəsində Rəşadın şəhid olması haqqında ailəsinə SMS göndərilib. Ancaq əmisi bu yanlış məlumatın Rəşadın valideynlərinə çatmasına mane olub.
"Mən anamın, atamın lal-kar olmağına ən çox onda sevindim. Mənim nə ölüm xəbərimi, nə də yaralanmağımı bildilər", - deyir Rəşad. Elə həmin ərəfədə qardaşı Rəşidi əsgər aparırlar. Amma bundan Rəşadın xəbəri olmur...
Olduğu yerə 120 millimetrlik minaatan mərmisi düşür. Qəlpəsi ayağına dəyir, yıxılanda isə sinirləri zədələnir. Həmin ankı hisslərini ifadə edəndə üzü gülür, deyir, bir yandan sevinib, çünki yanında şəhid olan əsgər yoldaşları olub və onların üzündə nur görüb: "Bu dünyadan heç ağlayaraq köçən əsgər görmədim mən".
Nişanlıdır Rəşad. Deyir o qızın boyu balacadır: "Amma mən gələndən sonra yanımda elə qürurla gəzir ki, elə bilirəm boyu məndən ucadır".
Rəşadın ailəsindən hazırladığı reportajı təqdim edirik.
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












