“Ferrari” Azərbaycan Qran-Prisinə yeni diffuzor gətirəcək

2023-cü il mövsümünün başlanğıcında, “Ferrari” pilotlarının ilk üç mərhələdə Formula 1-in podiumuna bir dəfə olsun belə çıxmaması kimi problemlər İtaliya komandasını “SF-23” bolidi üzərində yenilikləri aktivləşdirməyə məcbur etdi. Mövsümün ortasınadək yeni detalların azı üç, ya da bütün dörd paketi hazır olacaq.
İtaliyanın “Motosport” redaksiyasının yaydığı məlumata görə, “Ferrari” Bakıya yenilənmiş alt hissə və diffuzor gətirəcək. Komanda İmolada, Emiliya-Romanya Qran-Prisində arxa asmanı yeniləyəcək, Barselonada – İspaniya Qran-Prisində isə “Red-Bull” yeni a-lya pontonlarında ilk dəfə çıxış edəcək. İstisna deyil ki, Mayami Qran-Prisində də kollektiv məhz şəhər trasında bolidin sürətinin artırılmasına tuşlanan bəzi yeniliklər hazırlayır.
Jurnalistlər qeyd edirlər ki, birincisi, yeni detalların effektivliyi, ikincisi isə ehtiyat hissələri silsiləsinin istehsalı və Maranellodakı zavodda yeni detalları buraxmaq üçün fiziki imkanlar nəzərə alınmaqla yeniliklərin təqdim olunacağı tarixlər dəyişdirilə bilər. (lent.az)
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir












