“France-24” Füzulidən reportaj hazırladı - VİDEO

“France-24” kanalı Azərbaycanın erməni işğalından azad edilmiş Füzuli rayonundan reportaj hazırlayıb.
Kanalın Füzuliyə ezam olunmuş müxbiri ətrafda boş, kədərli, müharibə dağıntıları ilə dolu mənzərənin göründüyünü deyir. O bildirir ki, ətrafda minalar, tərk edilmiş kazarma, yol boyunca erməni tankları var. Hər tərəfdə döyüş izləri, döyüş texnikası görünür. Onlardan bəziləri təzə, bəziləri isə əvvəlki döyüşlərdən qalanlardır.
Bildirilir ki, erməni silahlı qüvvələri Füzuli rayonunu işğal etməmişdən əvvəl burada 200 minə yaxın azərbaycanlı yaşayıb.
Reportajda Füzuli azad olunandan sonra doğma yurdlarına gedən rayon sakinlərinin fikirlərinə də yer verilib.
Füzuli sakini Hafiz Tahirov rayona gəldiyini və dağıntılarla rastlaşdığını, ermənilərin hər tərəfi minaladığını bildirir.
Rayonun digər sakini Ramilə Məmmədova deyir: “Bura mənim atamın evi olub. İndi heç nə yoxdur. Erməni vandallarının bizə qarşı bu vəhşiliyini heç vaxt unuda bilmərik. Gənc nəslə nə isə deməyə ehtiyac yoxdur. Onlar hər şeyi özləri görür. Bunları unutmaq olmaz”.
Reportajda qeyd edilir ki, 1988-1994-cü illər müharibəsi nəticəsində Füzuli rayonunun mərkəzi ruhlar şəhərinə çevrilib. Ona görə də indi Füzulinin bərpası üçün vaxt lazımdır.
Reportajda o da vurğulanır ki, Azərbaycanın müharibədə qələbəsi bu torpaqları azad etməyə imkan verdi, ancaq insanlar buralara gələrkən doğma yurdlarının dağıntıları ilə üzləşirlər.
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO












