“France-24” Kəlbəcər haqqında reportaj hazırladı

“France-24” kanalı Kəlbəcər rayonunun işğaldan azad edilməsi haqqında reportaj yayımlayıb.
Unikal.org xəbər verir ki, reportajda Kəlbəcərin rəsmi Bakı ilə əldə edilmiş razılaşmaya əsasən Ermənistanın Azərbaycana təhvil verməli olduğu üç rayondan ikincisi olduğu bildirilir. Altı həftəlik döyüşlərdən sonra Azərbaycanın öz mövqelərini möhkəmləndirdiyi vurğulanır.
Kanalın Azərbaycandakı çəkiliş heyəti Azərbaycan Ordusunun ermənilərin işğalı altında olmuş Kəlbəcər rayonuna girməsi ilə bağlı məlumat verir. Qeyd edilir ki, 27 ildən sonra ilk dəfədir Azərbaycan Ordusu rayona daxil olur və bu, əldə edilmiş razılaşmaya uyğun olaraq həyata keçirilir.
Reportajda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlının fikirlərinə də yer verilib. O bildirir ki, bu gün bütün Azərbaycan xalqı, Azərbaycan Ordusu üçün sevindirici gündür. Düşmən qüvvələrinin Kəlbəcərdən çıxarılması üçtərəfli Bəyanata əsasən həyata keçirilir.
Kəlbəcər sakini Aslan Kərimoğlu deyir: “Kəlbəcərdə keçirdiyim günləri heç vaxt unuda bilmərəm. Bu gün mənim həyatımda ən xoşbəxt gündür. Çünki mən 43 il yaşadığım torpağa yenidən qayıtmaq ümidindəyəm. Ümid edirəm ki, tezliklə oraya qayıdacağıq”.
Reportajda qeyd edilir ki, 1993-cü ildə Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu işğal edib. Nəticədə 10 minlərlə azərbaycanlı rayonu tərk etməyə məcbur olub. Bu gün həmin məcburi köçkünlər Kəlbəcərə qayıtmağa və orada yaşamağa ümid edirlər.
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
Yollarda qayda pozan sürücülərlə necə davranılmalıdır? - VİDEO
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO










