Füzuli sakinləri ermənilərin viran qoyduğu evlərində... - FOTO

Türkiyə mediası Azərbaycanın Füzuli şəhərindən reportaj hazırlayıb. Anadolu Agentliyinin (AA) üzvləri 17 oktyabrda işğaldan azad edilən şəhərin fotolarını yayaraq bölgə barədə məqalə dərc ediblər. Qeyd olunub ki, şəhərdə demək olar ki, salamat bina yoxdur. Bir zamanlar 100 min azərbaycanlının yaşadığı şəhər dağılmış yollardan və sadəcə daşları qalan binalardan ibarətdir.
Ermənilər işğaldan sonra evlərin əşyalarını sökərək mənimsəyiblər, yaşamaq üçün olan şərait tamamilə məhv edilib.
.jpg)
Vurğulanıb ki, Azərbaycan hökuməti işğaldan azad edilən bütün bölgələrdə Ermənistanın vurduğu zərəri hesablayır və yenidənqurma çərçivəsində tədbirlər görülür. Həmçinin ərazi mina və partlamamış mərmilərdən təmizlənir.
“Anadolu” qeyd edib ki, Füzuliyə gedən yollar Azərbaycan Ordusunun zərərsizləşdirdiyi düşmənə aid tank, zirehli avtomobillərlə doludur: “Demək olar ki, hər addımbaşı vurulan tankla, ermənilərin qoyub qaçdığı sursatlarla rastlaşmaq mümkündür”.

Bildirilib ki, əraziyə bir neçə Füzuli sakinləri də gətiriliblər. Onlar 27 illik həsrətdən sonra şəhərlərini ziyarət ediblər və evlərinin vəziyyətini görən zaman kədərləniblər.
Torpağı ilə qovuşan Şadiyə Qəhrəmanova evindən geriyə sadəcə daşlar qaldığını, buna rəğmən xoşbəxt olduğunu deyib.
Vaqif Vəliyev isə ata yurduna qayıdacaqları üçün sevincli olduğunu ifadə edib.
“Evimi tanıya bilmədim. İkimərtəbəli idi, indi bu hala düşüb. Çox pis oldum, qəlbim yandı. Burada sağlam ev qalmayıb. Biz illərdir bu günü gözləyirdik. İnşallah qısa zamanda Füzuliyə köçəcəyik”, - deyə vaxtilə şəhər sakini olmuş Arzu Şəfiyə bildirib.










Sükanı da yoxdur, sürücüsü də: ABŞ-də robot-taksilər dövrü başlayır
Maşınını həyətdə yuyanlar cərimə olunacaq?
Günəş avtomobilə hansı zərərləri vurur? - Usta AÇIQLADI
Avtomobil kreditləri bahalaşdı - Yeni rəsmi faiz dərəcələri
Radiosu olmayan elektrikli maşınlarla bağlı qanunvercilik dəyişəcək? - AÇIQLAMA
Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər...
“Stellantis” Fransadakı mühərrik zavodunu bağlayır
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı










